---
title: Rozetta Daşı
author: Mark Cartwright
translator: Gülhanə Cəfərova
source: https://www.worldhistory.org/trans/az/1-12408/rozetta-dasi/
format: machine-readable-alternate
license: Creative Commons Attribution-NonCommercial-ShareAlike (https://creativecommons.org/licenses/by-nc-sa/4.0/)
updated: 2021-10-27
---

# Rozetta Daşı

Müəllif [Mark Cartwright](https://www.worldhistory.org/user/markzcartwright/)_
Tərcümə edən [Gülhanə Cəfərova](https://www.worldhistory.org/user/glhancfrova)_

Rozetta daşı e.ə 196-cı ilə aid olub, Misir kralı V Ptolomey haqqında yazılmış rahib fərmanını əks etdirən natamam boz və çəhrayı qranodiorit daş formasıdır. Mətnin üç müxtəlif versiyası mövcuddur: Heroqlif,demotik və yunan versiyaları. Bu versiyalar hamısı birlikdə Misir heroqliflərini deşifrə etməyə kömək edib. Rozetta daşı hazırda Londondakı Britaniya Muzeyində nümayiş etdirilir.

### Bərpası

Rozetta daşı Pierre François Xavier Bouchard tərəfindən Misirdəki Nil deltası üzərində yerləşən əl-Rəşid(Rozetta) ərazisi yaxınlığındakı Müqəddəs Julien limanında tapılıb. Bouchard Napolyonun ordusunda xidmət edən mühəndis zabit idi və daşı Julien qalasının inşası zamanı dağılan bir divardan çıxarıb. Bouchardın komandiri general Menou daşın əhəmiyyəti anlayaraq daşı İsgəndəriyyəyə göndərdi. Daşın qəlib və nüsxələri çıxarıldı, lakin daş sonra ingilis generalı Tomkins Turner tərəfindən ələ keçirildi və sonunda daş aid olduğu yerə, Britaniya muzeyinə gətirildi.

Dünyaca məşhur akademiklər daşı istifadə edərək heroqlifləri deşifrə etməyə çalışsa da, heroqliflərin hansı istiqamətdə oxunmalı olduğunu və heroqliflərin V Ptolomey Epiphanesə aid olduğunu ilk kəşf edən şəxs ingilis Thomas Young idi. Lakin mətn 1820-ci ilin əvvəllərində fransız Jean François Champollionnun heroqliflərin əlifba sırası ilə, təyinedici xarakterləri və heca elementlərinin birləşməsi olduğunu kəşf etməsiylə tamamilə deşifrə olundu. Nəticədə 1600ildir ki, naməlum olan misir heroqlifləri yenidən kəşf olundu.

### Xüsusiyyətləri

Rozetta daşı 112.3x75.7 cm uzunluğunda və 28.4 cm qalınlığındadır. Daşın üzərindəki mətn 14 sətir heroqlif mətn, 32 sətr demotik mətn və 54 sətr yunanca mətndən ibarətdir. Daşın bəzi hissələri itmiş olduğundan - xüsusilə də üst iki küncü və sağ alt hissəsi - yazıların heç biri tam deyildi. Heroqliflər Misir rahiblərinin dili, demotik yazı xalqın işlək dili idi, yunan dili isə inzibati işlərdə istifadə edilirdi. Üç yazı sistemindəki mətn də kral V Ptolomeyin tac geyinməsindən bir il sonra kral kultunu təsdiqləyən Memfisin rahib şurası tərəfindən yayımlanan bir fərmanı əks etdirir.

[ ![Rosetta Stone Detail, Hieroglyphic Text](https://www.worldhistory.org/img/r/p/750x750/5317.jpg?v=1668274743) Rozetta Daşı detallı, heroqliflərlə yazılmış mətn Osama Shukir Muhammed Amin (Copyright) ](https://www.worldhistory.org/image/5317/rosetta-stone-detail-hieroglyphic-text/ "Rosetta Stone Detail, Hieroglyphic Text")### Rozetta Daşındakı mətn

Daşın mətni V Ptolomeyin uğurlu idarəçiliyindən və nailiyyətlərindən bəhs edən uzun təriflə başlayır. Mətndə yazıldığına əsasən kral Misirə sülh və əmin-amanlıq gətirmiş, məbədlərin inşası və təmiri üçün külli miqdarda pul ayırmış və xalqı taxıl ilə təmin etmişdir. Vergilər azaldılmış və ya ləğv edilmiş və daha öncə vətənə xayanət etmiş bir çox məhkum bağışlanılmışdı. Kral həmçinin Misirin düşmənləriylə mübarizə aparmışdır. Bu barədə mətndə düşman qalasına qarşı edilmiş xüsusi hərbi əməliyyatdan bəhs edilir. Həmin qalanın ələ keçirilməsi düşmən şəhərin su kanallarının bağlanıb, su qıtlığı yaranmasına səbəb olmuşdu. Kralın bütün bu uğurlarını yücəltmək üçün kralın 10 qızıldan ibarət tac geyinmiş heykəli bütün məbədlərə "Misirin Qoruyucusu Ptolomey" titulu ilə qoyulmalı və rahiblər tərəfindən gündə üç dəfə ziyarət edilməli idi. Kral Tanrı Ptolomey Epiphanes olaraq tanınırdı və Ptahın sevgilisi idi. Kralın doğum günü və tac geyinmə günü libasiya tökməklə və qurban kəsməklə qeyd olunurdu. Həmçinin hər ayın son günü və hər ayın 17-ci günü böyük hökmdarın, tanrıların əzizi V Ptolomeyin şərəfinə bayram edilirdi. Mətn bu fərmanların daş üzərində hər üç versiyada yazılmalı olduğu və bu daşların bütün məbədlərdə yaşayacaq olan böyük kralın heykəllərinin yanında yer almalı olması ilə bitir.

#### Editorial Review

This human-authored definition has been reviewed by our editorial team before publication to ensure accuracy, reliability and adherence to academic standards in accordance with our [editorial policy](https://www.worldhistory.org/static/editorial-policy/).

## Bibliyografiya

- [Rosetta Stone - - British Museum](http://www.britishmuseum.org/research/collection_online/collection_object_details.aspx?objectId=117631&partId=1 "Rosetta Stone - - British Museum"), accessed 1 Dec 2016.
- [Rosetta Stone -- Encyclopedia Britannica](http://www.britannica.com/EBchecked/topic/509988/Rosetta-Stone "Rosetta Stone -- Encyclopedia Britannica"), accessed 1 Dec 2016.
- [Rosetta Stone Translation](http://www.britishmuseum.org/explore/highlights/articles/r/the_rosetta_stone_translation.aspx "Rosetta Stone Translation"), accessed 1 Dec 2016.
- [Rosetta Stone Translation](http://www.fordham.edu/halsall/ancient/rosetta-stone-translation.asp "Rosetta Stone Translation"), accessed 1 Dec 2016.

## Müəllif haqqında

Mark is WHE’s Publishing Director and has an MA in Political Philosophy (University of York). He is a full-time researcher, writer, historian and editor. Special interests include art, architecture and discovering the ideas that all civilizations share.

## Zaman xətti

- **196 BCE**: The [Rosetta Stone](https://www.worldhistory.org/Rosetta_Stone/) was made, a stela carrying a priestly decree from the reign of [Ptolemy](https://www.worldhistory.org/disambiguation/Ptolemy/) V in three languages: [Egyptian hieroglyphs](https://www.worldhistory.org/Egyptian_Hieroglyphs/), demotic and [Greek](https://www.worldhistory.org/disambiguation/greek/) [script](https://www.worldhistory.org/script/).
- **15 Jul 1799 CE**: The [Rosetta Stone](https://www.worldhistory.org/Rosetta_Stone/) is rediscovered by Pierre-François Bouchard, an officer in [Napoleon](https://www.worldhistory.org/disambiguation/Napoleon/)'s army.
- **1822 CE**: Champollion announces decipherment of hieroglyphic [writing](https://www.worldhistory.org/writing/).

## Xarici keçidlər

- [How the Rosetta Stone Works](https://www.missedinhistory.com/podcasts/how-the-rosetta-stone-works.htm)
- [Collection object details](http://www.britishmuseum.org/research/collection_online/collection_object_details.aspx?objectId=117631)
- [Get Up Close and Personal with the Rosetta Stone Thanks to Incredible 3D Model Now Online](https://mymodernmet.com/3d-rosetta-stone-british-museum/)
- [Explore the Rosetta Stone | British Museum](https://www.britishmuseum.org/collection/egypt/explore-rosetta-stone)

## Bu işi sitat edin

### APA
Cartwright, M. (2021, October 27). Rozetta Daşı. (G. Cəfərova, Tərcüməçi). *World History Encyclopedia*. <https://www.worldhistory.org/trans/az/1-12408/rozetta-dasi/>
### Chicago
Cartwright, Mark. "Rozetta Daşı." Tərcüməçisi Gülhanə Cəfərova. *World History Encyclopedia*, October 27, 2021. <https://www.worldhistory.org/trans/az/1-12408/rozetta-dasi/>.
### MLA
Cartwright, Mark. "Rozetta Daşı." Tərcüməçisi Gülhanə Cəfərova. *World History Encyclopedia*, 27 Oct 2021, <https://www.worldhistory.org/trans/az/1-12408/rozetta-dasi/>.

## Lisenziya və Müəllif Hüquqları

Təqdim edib [Gülhanə Cəfərova](https://www.worldhistory.org/user/glhancfrova/ "User Page: Gülhanə Cəfərova"), -də dərc olunub 27 October 2021. Lütfən müəllif hüquqları məlumatı üçün orijinal mənbə(lər)i yoxlayın. Zəhmət olmasa nəzərə alın ki, bu səhifədən əlaqələndirilən məzmunun lisenziya şərtləri fərqli ola bilər.

